Unibank
İnformasiya sistemlərinin mühafizəsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 12 yan 2023 Müraciət et
Təsvir:
- İnformasiya təhlükəsizliyi təhdidlərinə və neqativ tendensiyalara qarşı operativ reaksiya mexanizminin yaradılması və tətbiqinə nəzarət;
- Görülən tədbirlərin və tətbiq olunan mühafizə vasitələrinin effektivliyinə nəzarət olunması və qiymətləndirilməsi;
- DLP, MDM, XDR sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
- ATM və Cash-in cihazlarının təhlükəsizlini təmin edilməsi;
- Daxili infrastruktur və bulud mühitində infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün tələblərin müəyyən olunması və tətbiqinə nəzarət;
- Daxili infrastruktur və bulud mühitində insidentlərin monitorinqi və onlara cavab verilməsi;
Tələblər:
- Active Directory domen strukturu sahəsində bilik;
- Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
- DLP həlləri ilə bağlı iş təcrübəsi;
- XDR məhsulları və antiviruslarla bağlı bilik və bacarıqlara malik olmaq;
- MDM həlləri ilə bağlı bilik və bacarıqlara malik olmaq;
- Cloud həllərin infrasturkturu və təhlükəsizliyi sahəsində bilik və bacarıqlara malik olmaq;
- Təhlükəsizlik insidentlərinin araşdırılması və problemin kök səbəblərinin müəyyən edilməsi bacarıqları;
- M365 məhsulları haqqında hərtərəfli bilik və təcrübə;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti;
- Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi;
- İnformasiya təhlükəsizliyi sahəsində sertifikatlara (MS 500, CompTIA Security+, CEH, SSCP və s.) malik olmaq (üstünlükdür).