Unibank
İstehlak kreditləri üzrə Məhsul Sahibi
Son tarix 04 avq 2024 - Müraciət et
Təsvir:
- Verilənlər üzrə məhsullarının biznes məqsədlərinə cavab verməsini, tənzimləyici standartlara uyğun olmasını və əməliyyat səmərəliliyinin artırılmasını təmin etmək;
- Verilənlər üzrə məhsulların inkişafına, idarə olunmasına və optimallaşdırılmasına nəzarət etmək;
- Çarpaz funksional komandalarda Verilənlər üzrə mühəndislərlə, analitiklərlə sıx əməkdaşlıq etmək;
- Effektivliyi ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi;
- Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq;
- Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək.
Tələblər:
- İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil;
- Məhsul yaradılması, verilənlərin idarə edilməsi və ya pərakəndə bankçılıq sahəsində azı 2 il iş təcrübəsi;
- Kredit məhsulları ilə yaxından tanış olmalı;
- Kross-funksional komandalarla səmərəli əməkdaşlıq etmək bacarığı ilə əla ünsiyyət bacarıqları;
- Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
- Kreativ və unikal ideyaların hazırlanması bacarığı;
Arzuolunandır:
- MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür);
- Verilənlərin təhlili, verilənlərin modelləşdirilməsi və məlumatların vizuallaşdırılması üzrə təcrübə və biliklər;
- Agile metodologiyası ilə tanışlıq.