Sara Invest Holding
İR üzrə Mütəxəssis
Son tarix 04 apr 2024 - [email protected]
“AZERA HOLDİNG” MMC İR üzrə mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat:
- Şirkət daxili əmrləri tərtib etmək və müvafiq jurnallarda qeydiyyatın aparmaq;
- İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;
- Əməkdaşlara lazım olan arayışları tərtib etmək;
- Aylıq davamiyyət tabellərin tərtib etmək;
- İşçilərin vəzifə təlimatlarını tərtib etmək;
- Əməkdaşların icbari sığortalarını sistemə daxil etmək;
- İş fəaliyyəti haqqında aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Ən azı 2-3 il iş təcrübəsi (İnsan Resursları sahəsində);
- Azərbaycan, ingilis dillərini bilmək;
- MS Office proqramlarında işləmək bacarığı;
- Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək bacarığı;
- Restoran və ya xidmət sahəsində təcrübə üstünlükdür.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş qrafiki.
- Əmək haqqı: 1500 AZN
Uyğun olan namizədlərdən CV-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.