Hörmüz boğazında sabitlik və sülh prosesinin başlanması nəticəsində dünya bazarında neftin qiyməti azalmaqda davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iyunun 26-də neftin qiyməti növbəti dəfə azalaraq 5 aylıq minimuma düşüb.
Belə ki, iyunun 26-da Londonda Brent markalı neftin qiyməti 3,27 dollar və ya 4,34% ucuzlaşaraq 71,99 dollara enib.
WTI nefti isə 2,69 dollar və ya 3,74% ucuzlaşaraq 69,23 dollara enib.
Azərbaycan nefti də ucuzlaşmaqdadır və fevraldan bəri ilk dəfə olaraq 80 dollardan aşağı düşüb. Hərçənd iyunun 25-də keçirilən hərraclarda Azeri light markalı neft 1 dollar bahalaşaraq 77 dollara yüksəlmişdi.














