“Saloğlu” Fərdi Firması
Vəzifə: Satış məsləhətçisi (mebel satışı)
Namizədə tələblər:
• 25-35 yaş həddi
• Azərbaycan dili bilikləri, rus və ingilis dili arzuolunandır
• Satış sahəsində 1 ildən az olmayaraq təcrübə
• 1C, Microsoft Office proqramlarını bilməli
• Mebel satışı sahəsində təcrübəsi arzuolunandır
• Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı
• Komandada işləmək bacarığı
• Karyerada yüksəliş imkanı
Vəzifə öhdəlikləri:
1. Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək.
2. Tələbata uyğun olaraq müştərilərə düzgün seçim etməyə köməklik göstərmək.
3. Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək.
4. Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək.
5. Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət.
6. Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək.
7. Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək.
8. Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək.
İş vaxtı:
Həftənin 6 günü saat 09:30-dan 19:00-dək
Həftə içi 1 gün istirahət günü
Əmək haqqı 300 AZN + Bonus
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Satış məsləhətçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.