Ramco CJSC
Avtomatika üzrə mühəndis
Son tarix 19 noy 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (avtomatika ixtisası üzrə);
- Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Avtomatika və idarəetmə sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
- Müvafiq normativ və standartlar barədə bilik;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Tikinti obyektlərində avtomatika və idarəetmə sistemlərinin layihə üzrə quraşdırılmasına və işə salınmasına nəzarət edilməsi;
- Layihə sənədlərinin (sxem, spesifikasiya, iş layihələri) avtomatika hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
- Avtomatika, siqnalizasiya, nəzarət-ölçü cihazları və idarəetmə panellərinin quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
- Podratçı və təchizatçılar tərəfindən görülən avtomatika işlərinə texniki nəzarətin aparılması;
- Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
- Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu
- Əmək haqqı: 1800 AZN +
- İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Zəif cərəyan mühəndisi
Son tarix 19 noy 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (zəif axın üzrə);
- Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
- Müvafiq normativ və standartlar barədə bilik;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi;
- Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
- Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
- Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması;