Qala Sigorta
Tibbi sığorta üzrə mütəxəssis
Son tarix 13 avq 2023 - [email protected]
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Tibb üzrə ali təhsil (müalicə işi ixtisası üzrə ali təhsilə üstünlük verilir);
- Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı, rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- İş təcrübəsi tələb olunmur.
Vəzi̇fə və öhdəli̇klər:
- Müştərilərin tələbatlarına adekvat olaraq sığorta sahəsində yüksək səviyyədə xidmət göstərilməsi;
- Sığortalanmaq istəyən müştəriyə münasib qiyməti təklifinin təqdim edilməsi;
- Sığorta müqavilələrinin düzgün tərtib olunması və saxlanılması;
- Sığortalını sığorta müqaviləsi ilə təmin etmək məqsədi ilə bütün lazımi sənədlərin toplanması;
- Bağlanmış korporativ müqavilələr üzrə sığortalının işçi heyəti üçün prezentasiyaların keçirilməsi;
- Riskə nəzarət məqsədi ilə zərər baradə məlumatın toplanması;
- Zərərlik əmsalından asılı olaraq aidiyyəti struktur bölməyə məlumatın təqdim edilməsi;
- Bağlanmış sığorta müqavilələrinə dair analitik və statistik hesabatların hazırlanması;
- Tibbi sığorta təminatına dair sığortalının məlumatlandırılması, həmçinin sığortalıların qəbulunun təmin edilməsi;
- Sığorta xidmətinin keyfiyyətinə nəzarət məqsədi ilə sığortalıya sığorta müddəti ərzində müştəri məmnuniyyəti ilə əlaqəli sorğu vərəqələrinin göndərilməsi, ehtiyac yarandıqda, görüşlərin keçirilməsi;
- Səyahət sığortası üzrə müqavilələr üzrə məlumatın asist şirkətə göndərilməsi;
- Səyahət sığortası üzrə zərər baş verdikdə, asist şirkəti tərəfindən zərərin tənzimlənməsinə və çəkilən tibbi xərclərə nəzarət;
- Səyahət sığortası üzrə baş vermiş və ödənilmiş zərərlər ilə əlaqəli sənədlərin saxlanılması.
Əmək şəraitinin şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 avqust 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Tibbi sığorta üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.