Qala Sigorta
Aparıcı mühasib
Son tarix 28 mar 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Şəxsi hesab vərəqənin yoxlanılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
- Anbarın izlənilməsi, yoxlanılması və nəzarət;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
- Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar:
- Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
- Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
- Aidiyyəti sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli, Power BI bilikləri üstünlükdür;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
- Eyni vaxtda bir neçə işə fokuslana bilmək;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların ACCA F3, F7 olması, F9 sertifikatının olması üstünlükdür.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: razılaşma əsasında
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
- İstirahət günləri: Şənbə, Bazar
- Əmək məzuniyyəti: 30 təqvim günü
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 mart 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.