Qala Həyat Sığorta
İSO və sənəd dövriyyəsi üzrə mütəxəssis
Son tarix 23 avq 2025 - [email protected]
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə İSO və sənəd dövriyyəsi üzrə mütəxəssis tələb olunur:
Namizədə olan tələblər:
- İş təcrübəsi: İSO standartları üzrə sertifikat və ya bu sahədə 1 il iş təcrübəsi;
- Təhsil: Ali;
- Sənəd dövriyəsi ilə işləmək bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, əlavə olaraq rus dili və ingilis dili (arzuolunandır);
- Səlis danışıq qabiliyyəti;
- Ünsiyyət qurmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- İSO 9001, 14001, 45001 və digər standartların tətbiqi və davamlı təkmilləşdirilməsi;
- Auditin təşkili və keçirilməsi;
- Keyfiyyət idarəetmə sistemlərinin sənədləşdirilməsi və idarə olunması;
- Uyğunluq risklərinin qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin hazırlanması;
- Sənəd dövriyəsi ilə işlərin aparılması;
- Əməkdaşlara İSO üzrə təlimlərin keçirilməsi və maarifləndirmə;
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
Əmək haqqı:
- Aylıq: Əmək haqqı danışıq əsasında müəyyən olunacaq.
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: www.qala.az ; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “İSO üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Anderraytinq və Təkrarsığorta üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 23 avq 2025 - [email protected]
İş yeri: Bakı
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Sığorta müraciətlərinin ilkin yoxlanılması və sistemə daxil edilməsi
- Mövcud anderraytinq və təkrarsığorta sənədlərinin işlənməsində dəstək
- Müqavilələrin hazırlanmasında və arxivləşdirilməsində iştirak
- Gündəlik hesabatların tərtibində yardım
- Departament daxili yazışmalarda və sənədləşmədə iştirak
- Sığorta və təkrarsığorta üzrə məlumatların toplanması və sistemləşdirilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə, sığorta, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil (bitirmiş və ya sonuncu kurs tələbəsi)
- Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word)
- Dəqiqlik və məsuliyyətlilik
- Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmək istəyi
- Yeni bilikləri öyrənməyə açıq olmaq
- Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı bacarığı (İngilis dili bilikləri arzuolunandır)
Üstünlüklər sayılacaq:
- Sığorta və ya təkrarsığorta sahəsində qısa müddətli təcrübə və ya təcrübə proqramlarında iştirak
- Excel-də sadə hesablama və cədvəllərlə işləmək bacarığı
- Rəqəmlərlə işləmə və analiz aparmağa maraq
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Anderraytinq və Təkrarsığorta üzrə Köməkçi” başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.