Qala Həyat Sığorta
Banklar və Partnyorlarla iş şöbəsi – Aparıcı/Baş mütəxəssis
Son tarix 09 avq 2025 - [email protected]
Vakansiya: Banklar və Partnyorlarla iş şöbəsi – Aparıcı/Baş mütəxəssis
Şirkət: “Qala Həyat” Sığorta Şirkəti ASC
Şöbə: Bank və Partnyorlarla İş Şöbəsi
Vəzifə öhdəlikləri:
- Bank və digər partnyorlarla münasibətlərin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
- Bank əməkdaşları ilə görüşlərin təşkil olunması, həyat sığorta məhsullarının tanıdılması;
- Bank əməkdaşlarının satış bacarıqlarının artırılması üçün təlimlərin təşkil olunması;
- Satış planlarının icrasına nail olunması;
- Mütəmadi hesabatlığın təmin olunması.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə sahələri üstünlükdür);
- Bank, Sığorta sektorunda satış, partnyor əlaqələri sahəsində azı 2 il iş təcrübəsi;
- Satış və danışıq bacarıqları;
- Təqdimat bacarığı, mükəmməl ünsiyyət qabiliyyəti;
- Komanda İşində iş bacarığı;
- Yüksək motivasiya, nəticəyə fokuslanma.
- Analitik düşüncə, nəticə yönümlü yanaşma və təşəbbüskarlıq bacarığı;
Üstünlük sayılacaq:
- Həyat sığorta məhsulları və digər sığorta sahələrində iş təcrübəsi;
- Bank sektorunda təlim proqramlarının hazırlanması və keçirilməsi təcrübəsi;
- Satış komandasının idarə edilməsi, motivasiya və inkişafı üzrə uğurlu təcrübə;
- Maliyyə, bank və sığorta sahəsində beynəlxalq və yerli sertifikatlara sahib olmaq;
- Rus və ingilis dillərində ünsiyyət və yazı bacarıqları.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
- Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
- Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Banklar və Partnyorlarla İş Şöbəsi – Aparıcı/Baş mütəxəssis” qeyd etməklə göndərə bilərlər.