Prior Leasing
Daxili auditor
Son tarix 22 okt 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü ali təhsil üstünlükdür);
- Sahə üzrə ən az 3 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli (rus dili biliyi üstünlükdür);
- Ofis proqramlarını bilməli;
- Yüksək səviyyədə ünsiyyət qurmaq, liderlik və idarəetmə bacarığı;
- Analiz etmək qabiliyyəti və stressə davamlılıq;
- Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;
- Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə müvafiq struktur bölmələrini məlumatlandırmaq və icra strukturları tərəfindən onların səmərəli idarə edilməsinə nəzarət etmək;
- Şirkətin illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət etmək;
- Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair müvafiq orqanlara təkliflər vermək;
- Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;
- Kənar auditin nəticəsi əsasında maliyyə hesabatlarına ediləcək dəqiqləşmələri və əlavələri nəzərdən keçirmək;
- Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirmək və onların auditor xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyyələrini icra etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1684 – 1939 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili auditor” yazaraq göndərmələri xahiş olunur.