Premium Bank
Müraciətlərə baxılma bölməsinin mütəxəssisi
Son tarix 06 fev 2026 - [email protected]
İşin təsviri:
- Bankın qısa nömrəsinə zəng qəbulu və Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması və lazım olduqda müvafiq struktur bölməyə yönləndirilməsi;
- Müştərilərdən daxil olan şikayət və təkliflərə baxarkən daha ətraflı məlumat alınması və məlumatın doğruluğunu təsdiq edən sənədlərin tələb edilməsi;
- Bütün Bank məhsulları və xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;
- Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən onların müraciətlərinə baxılması barədə sənədlərin hazırlanması və həmin sənədlərin müştərilərə təqdim edilməsi;
- Bank daxil olan müraciətlərin xarakterindən asılı olaraq müştərilərlə yazılı, şifahi danışıqlar aparmaq, görüşlər təşkil etmək, məsləhət və izahatlar verilməklə müştəri məmnuniyyətinin təmin edilməsi;
- Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;
- Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;
- Satış yönümlü yazışmaların, danışıqların aparılması;
- Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial Mediada bank haqda rəylərin mütəmadi monitorinq edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil arzu olunandır;
- Eyni və ya oxşar vəzifə üzrə minimum ən azı 1 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və rus dili biliyi;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Analitik düşünmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Müraciətlərə baxılma şöbəsinin mütəxəssisi” qeydini etməklə göndərə bilərlər.
Bazar risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Son tarix 06 fev 2026 [email protected]
İşin təsviri:
- Bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı işləri aparır, təkliflər verir və prosesə nəzarət və monitorinqin həyata keçirilməsində iştirak edir;
- Bazar və likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirilməsində (statistik əsas ölçmə metodları, reqressiya analizləri, riskə məruz dəyər, risk altında olan dəyər, həssaslıq analizi, ssenari analizi və s.) təkliflər verir və prosesdə iştirak edir;
- Stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsində iştirak edir;
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsini təmin edir;
- Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün risk limitlərinin müəyyən edilməsində təkliflər verir və iştirak edir;
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edir;
- LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və “gap duration” kimi təhlillərin aparılmasını təmin edir;
- Bazar və likvidlik riskləri daxili siyasətlərə və requlyativ tələblərə uyğun risk hesabatlarının hazırlanmasını təmin edir;
Namizədə dair tələblər:
- Maliyyə, İqtisadiyyat və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili;
- Müvafiq sahədə iş təcrübəsi;
- Qiymətli kağızların dəyər qiymətləndirilməsi, reqressiya analizlərinin aparılması üzrə biliklər;
- MSOffice üzrə yüksək bacarıqlar;
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
- Eviews, SQL və ya Pythonda işləmək bacarığı;
- CFA , FRM (L1), ACCA sertifikatları olan namizədlərə üstünlük verilir;
- Məsuliyyətli, öyrənməyə istəkli olmaq;
- Araşdırma bacarıqları;
- Komanda mühitində effektiv işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərə bilərlər.










