Oil Supply LLC
Satınalma üzrə mütəxəssis
Son tarix 02 dek 2023 - [email protected]
İş qrafiki: Həftədə I-V günlər tam- saat 09:00-18:00
Nahar: Şirkət tərəfindən təmin edilir
Sınaq müddəti: 1-2 ay
Əmək haqqı: Başlanğıc 1000 AZN + bonus
Mobil danışıqlar: Şirkət tərəfindən təmin edilir
Son müraciət tarixi: 03 Dekabr 2023
Namizədə olan tələblər:
- İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1+ il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: sərbəst/İngilis dili: orta/Rus dili: orta
- Kompüter bilikləri : Microsoft Office (xüsusilə Word, Excel) proqramlarında işləmə bacarığı
- Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün müəssisə resurslarının planlaşdırılması sistemlərini bilmək
- Yerli və xarici bazarda olan sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)
- Xüsusilə Rusiya bazarı haqqında geniş məlumata və təcrübəyə malik olmalı
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- Özünə inam, qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları
- Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
- İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma
- 25-40 yaş, mütəxəssislər tələb olunur
- Nümunəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən
- Şəxsi avtomobili olanlara üstünlük verilir
Vəzifə öhdəlikləri:
- Tenderlərin izlənməsi, tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi
- Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin tənzimlənməsi
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
- Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
- Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması.
- Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi
- Marketinq araşdırmalarının aparılması, müştəri ehtiyaclarının öyrənilməsi
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.