OBA marketlər şəbəkəsi
Ənənəvi marketinq üzrə mütəxəssis
Son tarix 22 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ənənəvi marketinq üzrə fəaliyyət planı hazırlamaq, plana uyğun büdcənin hesablanmasını və hesabatını həyata keçirmək;
- Müqavilələr, reklam kanallarının və reklam ediləcək mövzulara uyğun komanda və rəhbərlərlə görüşün təşkil edilməsi və reklam strategiyasının yazılması;
- Fəaliyyət planına uyğun olaraq reklam və layihələrin vaxtında və effektiv həyata keçirilməsinə nəzarət etmək;
- Ticari planda nəzərdə tutulmuş kampaniya və festivalların ənənəvi marketinq kanallarında həyata keçirilməsini təmin etmək və iş prosesinə nəzarət etmək;
- Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatları toplamaq;
- Ənənəvi, offline reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsini təmin etmək;
- Reklam müqavilələrinin mütəmadi olaraq izlənilməsi və davamiyyətinin yoxlanılmasını təşkil etmək;
- Reklamlarla bağlı aylıq hesabatarı hazırlamaq;
- Bazar araşdırmasına əsasən aylıq reklam platformalarını müəyyənləşdirmək;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Dil bilikləri (İngilis dili yaxşı səviyyədə üstünlükdür)
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
- Ənənəvi media kanalları haqqında yaxşı səviyyədə biliklər
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ənənəvi marketinq üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.