Vakansiya 1
Kapital Bank namizədləri Kredit Anderrayting Departamentinin Mikro Kreditlərin təhlili bölməsinin mütəxəssisi, aparıcı mütəxəssisi və baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
• Müraciətlər əsasında mikro sahibkarlıq subyektləri üzrə kreditləşmə, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;
• Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır;
• Müvafiq Kredit Komitələrində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;
Tələblər :
• Mikro kredit sahəsi üzrə minimum 2 il bank təcrübəsi
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MS Office proqramları ilə işləmə bacarığı
• Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiya 2
“Kapital Bank” ASC namizədləri Biznes inkişafı üzrə ekspert vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.
Tələblər:
• Ali təhsil (Maliyyə, İqtisadiyyat və Bank sahəsində arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);
• Yüksək analitik düşünmə qabiliyyəti zəruridir;
• Yüksək komminikasiya və təqdim etmə bacarıqları;
• Komandada işləmək bacarığı.
Öhdəliklər:
• Yeni biznes imkanlarının təhqiqatı;
• Bazar tələbatlarının (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;
• Təhqiqat məlumatları əsasında biznes planın hazırlanması;
• Layihənin maliyyə gəlirini və göstəricilərini biznes planda əks etdirilməsı;
• Kampaniyaların effektivliyini ölçmək məqsədi ilə təhlilin aparılması.
Əgər Siz də Kapital Bankın dinamik və peşəkar “Agile” komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.