“Kapital Bank” namizədləri “Proseslər üzrə ekspert” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.
Tələblər:
- Ali təhsil;
- Yüksək analitik düşüncə;
- Proqramların və sistemlərin arxitektura anlayışı (Software, Data bases);
- İnteqrasiya Layihə Meneceri, Keyfiyyət Təminatı, Sistem Memarı, BPM, Strategiya sahələrində ən azı 1 illik davamlı iş təcrübəsi.
Öhdəliklər:
- Məhsulları və sistemlərin kəsilmə axınını başa düşmək üçün İT ilə əlaqə qurmaq;
- Yeni məhsullar üçün prosesin yaradılmasına və ya yeni sistemin inteqrasiyasına dəstək olmaq;
- Mövcud prosesləri və məhsulların boşluqlarını tapmaq və keyfiyyətini optimallaşdırılması üçün təhlil etmək;
- Texniki tapşırıgları tərtib etmək və proseslərin sxemini yaratmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini bilmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
• Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
• Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
• Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər
• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Qiymətli kağızlar haqqında yüksək bilik;
• Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
• Əla səviyyədə praktiki Excel bacarıqları;
• Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
• İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
• Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.