Kapital Bank
Kos və Korporativ bankçılıq sahəsində Biznes developer
Son tarix 11 iyn 2022
Tələblər:
- Ali təhsil;
- İqtisadi, maliyyə üzrə biliklərinin olması. (Maliyyə hesabatlılıqları ilə bağlı iş təcrübəsinin olması, eyni zamanda, maliyyə hesabatlılıqları və maliyyə analizi ilə bağlı beynəlxalq sertifikatların mövcudluğu əlavə üstünlük qazandırır);
- Kompyuter biliyi: MS Office (Excel advanced);
- Dil bilikləri: Azərbaycan, İngilis dili orta səviyyədə, Rus dili arzuolunandır;
- Beynəlxalq praktikada bu sahə üzrə qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması (SQL, Tableau, Power BI və s. bu kimi data biliklərinin olması əlavə üstünlük qazandırır);
- Ünsiyyətqurma bacarıqları, yüksək analitik düşünmə qabiliyyəti, təqdim edilən verilənlər bazasını ilə bağlı analiz edərək nəticələrin qiymətləndirilməsi bacarıqları.
Öhdəliklər:
- Müştərilərin cəlb edilməsi, saxlanılması və itkisinin qarşısının alınması ilə bağlı Müştəri Bazasının idarə edilməsi;
- Eyni istiqamət üzrə bazar və rəqiblərin davranışlarının təhlili;
- Müştəri bazası üzərindən hədəf seqmentlərin və uyğun satış kanallarının müəyyən edilməsi;
- Layihələr üçün biznes planların hazırlanması;
- Müştəri seqmentlərinə uyğun məhsul və kampaniya təklifi hazırlayır. Kampaniyalardan əldə olunacaq gəlirin/itkinin öncədən proqnozlaşdırılması (Feasibility study).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Müştərilərlə iş üzrə kiçik mütəxəssis (Zaqatala)
Son tarix 11 iyn 2022
Öhdəliklər:
- Müştərilərə hеsablaşma хidməti göstərmək
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
- Ali təhsil;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Kapital Bank
Təhlükəsizlik sistemləri şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 11 iyn 2022
Öhdəliklər:
- Departament direktorunun, direktor müavinin və şöbə rəisinin göstərişlərini yerinə yetirmək;
- Yerli struktur bölmələrdə yanğın-mühafizə və video-nəzarət sistemlərinin quraşdırılması və təkmilləşdirməsi prosesində bilavasitə iştirak etmək;
- Video-nəzarət sistemlərinin mütəmadi monitorinqini həyata keçirmək;
- Yanğın-mühafizə sistemlərinin mütəmadi monitorinqini həyata keçirmək;
- Nəzarət buraxılış sisteminn işlək vəziyyətdə olmasının mütəmadi monitorinqini həyata keçirmək;
- Bankın bütün struktur bölmələrində quraşdırılmış təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək;
- Təhlükəsizlik sistemlərində meydana gələn nasazlıqlarla bağlı yerli struktur bölmələrdən daxil olan məlumatları araşdırmaq və aradan qaldırlmasını təmin etmək;
- Təhlükəsizlik sistemlərinin fəaliyyəti ilə əlaqədar meydana gələn problemlər barədə şöbə rəisinə məlumat vermək;
- İş prosesində meydana çıxan digər işlərin görülməsini təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Vətəndaş qüsursuzluğuna malik olmaq;
- Məsuliyyətlilik, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
- Kollektivdə işləmə bacarığı;
- Xidməti fəaliyyəti ilə bağlı məxfilik qaydalarına əməl etmək;
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməmək.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Müştərilərlə iş üzrə kiçik mütəxəssis (Ordubad)
Son tarix 11 iyn 2022
Öhdəliklər:
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
- Ali təhsil;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.