Birbaşa satışlar bölməsində Kiçik mütəxəssis
Son tarix 20 may 2022
Öhdəliklər:
-
Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
-
Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
-
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
-
Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
-
Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
-
Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
-
Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər:
-
Ali təhsil;
-
Məsuliyyətlilik;
-
Operativlik;
-
Qərar qəbuletmə bacarığı;
-
Kollektivdə işləmə bacarığı;
-
Müştərilərlə danışma qabiliyyəti;
-
Microsoft Office proqramları üzrə biliklər.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Telemarketinq bölməsində Kiçik mütəxəssis
Son tarix 20 may 2022
Öhdəliklər:
-
Müştərilərə kredit, taksit, birbank və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
-
Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
-
Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
-
Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək;
-
Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək və s.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
-
Microsoft Office proqramları üzrə biliklər;
-
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
-
Təzyiq altında işləmə qabiliyyəti;
-
Qərar qəbuletmə bacarığı;
-
Kollektivdə işləmə bacarığı;
-
Müştərilərlə danışma qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.