KOS satışın təhlili şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 11 apr 2022
Öhdəliklər:
-
Bank daxili bazadan məlumatların çıxarılması, o cümlədən məlumatların şərhi üçün proqramların, metodologiyaların və faylların hazırlanması, tapıntılar əsasında təklif və tövsiyyələrin təqdim olunması;
-
Məlumatların və hesabatların statistik təhlili və keyfiyyət dashboardların yaradılması;
-
Bankın fəaliyyət göstəriciləri əsasında texniki və biznes prosseslərin ekspertizası;
-
Bankın əsas fəaliyyət göstəricilərin icra prossesi sürətləndirmək məqsədi ilə daxili və xarici məlumatların data analitikası və təkliflərin hazırlanması;
-
Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanması;
-
Hesabatların və vizual dashboardların yaradılma, dizayn və inkişaf etdirilməsi.
Tələblər:
-
Sahə üzrə ən azı 2 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır;
-
Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
-
Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və tapıntılar əsasında nəticələri çıxartmaq üçün kritik düşünmə bacarıqları;
-
Mürəkkəb tapıntıları və ideyaları məntiqi, başa düşülən və hərəkətə gətirilə bilən dildə çatdırmaq ünsiyyət bacarıqları;
-
Komanda tərkibində və fərdi işləmə bacarığı ;
-
Excel, pivot cədvəllər, diaqramlar və məlumat bazalar ilə işləmək bacarığı;
-
MS SQL Server sorğuların yazılması bacarığı;
-
R, Tableu, Excel Add ins (Data Analysis/Solver) və ya oxşar statistik alətlər üzrə biliklər arzuolunandır;
-
Python proqramı üzrə biliklər arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 11 apr 2022
Öhdəliklər:
-
Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
-
Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
-
Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
-
Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
-
Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
-
Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
-
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
-
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
-
Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 2 il iş təcrübəsi;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi
Son tarix 11 apr 2022
Öhdəliklər:
-
Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
-
Modellər üçün məlumatların əldə olunması və emal olunması;
-
Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
-
Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
-
Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
-
Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
-
Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
-
İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
HR Business Partner
Son tarix 11 apr 2022
If you are:
-
An energetic and experienced HR Business Partner ready to build trusted relationships with Agile teams;
-
Ready to plan, support and deliver HR life-cycle activities - Good at building strong, ongoing internal client relationships;
-
Ready to become a trusted partner and advisor in all HR issues;
-
Ready to support the leadership teams through effective recruitment and selection processes to deliver candidates with high potential or recognized critical skills.
Requirements:
-
Higher education
-
Foreign languages (Russian, English)
-
Work experience in HR (3+ years)
-
Good working knowledge of excel, Microsoft office and people data analytics
-
Excellent collaboration, communication and team building skills, resilient and positive approach.
You can send your CV forms on the mentioned e-mail address - [email protected] or register on our portal through the following link https://hr.kapitalbank.az/
İpoteka üzrə mütəxəssis, aparıcı və baş mütəxəssis (Bakı filialları)
Son tarix 11 apr 2022
Öhdəliklər:
-
Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi Xidmət bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə satış planlarını yerinə yetirir.
-
Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir, çarpaz satışa dəstək edir.
-
Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka kreditini rəsmiləşdirir
-
Verilmiş ipoteka ipoteka kreditilərin və problemli ipoteka kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır.
-
Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır
Tələblər:
-
Ali təhsil
-
İpoteka sahəsində ən azı 3 il təcrübə (mütəxəssis 2 il staj)
-
İpoteka və Kredit Zəmanət Fondu xətti ilə rəsmiləşdirilən kreditlər və sənədləşməsi üzrə yüksək biliklərə malik olmalı
-
Maliyyələşm prosesi üzrə iş təcrübəsi ən azı 18 ay
-
Maliyyələşmə üzrə Fondla iş təcrübəsi
-
Maliyyələşmə üzrə müxabirləşmə və vəsaitlərin dövriyyəsi üzrə əməliyyatlar üzrə biliklərə malik olmalı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.