Kredit inzibatçılıq şöbəsinin mütəxəssisi
Son tarix 16 dek 2021
Öhdəliklər:
-
Kredit Komitəsində müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kreditlərin kredit dosyesi üzrə sənədlərinin (girov/ipoteka qismində rəsmiləşdirilmiş sənədlər) tam və düzgün tərtib edilməsinin yoxlanılması və məlumatların bank əməliyyatları sistemində düzgün yaradılmasına nəzarət etmək, komitə tərəfindən qəbul edilən şərtlərə nəzarət etmək və dosyelərin saxlanılmasını təmin etmək.
-
Müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kredit sənədlərinin yoxlanılması;
-
Kredit məlumatlarının bank əməliyyatları sistemində düzgün yaradılmasının yoxlanılması;
-
Kredit komitəsi tərəfindən kreditin rəsmiləşdirilməsi üzrə qeyd edilən şərtlərə nəzarət edilməsi;
-
Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Tələblər:
-
Ali iqtisadi təhsil;
-
Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzu olunandır);
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
-
Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
-
MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
-
Bankda kredit sahəsi üzrə iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Kredit İnzibatçılıq şöbəsinin Mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz ([email protected]).
Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 16 dek 2021
Öhdəliklər:
-
Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə şöbənin fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
-
Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
-
Gündəlik aparılan əməliyyatların düzgün hesablar üzrə formalaşması ,müvafiq hesablardan düzgün istifadə ,qalıqlara nəzarətin gücləndirilməsinə nəzarət edir.
-
Bankın tranzit hesablarına düzgün nəzarətini təşkil etmək üçün ümumi mühasibat uçotu qaydaları və daxili prossedur qaydalarına riayət edilməsini təmin edir.
-
Yeni qurulan biznes prosseslər üzrə mühasibatlıq modellərinin hazırlanmasını təmin edir.
-
Şöbənin gündəlik fəaliyyətinin effektiv aparılması üçün lazımı hesabatların hazırlanmasını təmin edir.
-
Şöbə rəisi tərəfindən tələb olunan lazımi məlumatları və hesabatları tərtib etmək.
-
Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək.
-
Bank əməliyyatları üzrə proseslərin analizını həyata keçirmək.
-
Şöbə əməkdaşlarının işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək .
Tələblər:
-
Ali təhsil
-
Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili
-
İqtisadiyyat, maliyyə, mühasibatlıq və audit ixtisaslar üzrə təhsil
-
Göstərilmiş sahədə 2 ilədək təcrübə
-
Excel üzrə biliklər
-
Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti
-
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
-
Analitik düşünmə qabiliyyəti
-
Komandada işləmək bacarığı
-
Təşkilatçılıq və rəhbərlik qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Xarici nəzarət şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz ([email protected]).