Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə Satış Departamentinin Rəqəmsal Satış şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
• Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması;
• Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
• Yeni satış texnikalarının və kanallarının formalaşdırılması;
• Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi.
Tələblər:
• Ali təhsil;
• CRM sistemləri, Avtomatlaşdırılmış bank sistemləri, BPM sistemləri ilə iş təcrübəsi (arzuolunan);
• Proqramlaşdırma dilləri, sorğu dilləri (sql), Web servis üzrə anlayışa malik olmaq (arzuolunan);
• Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olmaq (arzuolunan);
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Microsoft Office proqramları üzrə biliklər;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Təzyiq altında işləmə qabiliyyəti;
• Güclü təhlil və riyazi biliklər;
• Təqdimat bacarıqları;
• Qərar qəbuletmə bacarığı;
• Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
• Bank və ya online satış sahəsində təcrübə arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək, vakansiyamıza müraciət edə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
• Statistik modellərin hazırlanması.
Tələblər
• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s);
• Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Ünvanda təqib şöbəsində Salyan (Cəlilabad, Biləsuvar, Neftçala) zonası üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi
• Problemli borcalanlar ilə görüşlərin keçirilməsi
• Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb etmək
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək
• Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək.
Tələblər
• Ali təhsil
• Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi
• Komputer bilikləri (ofis proqramları)
• Detallara qarşı diqqətli
• Təzyiqə davamlı
• Komandada işləmə bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Ünvanda təqib şöbəsinə Kürdəmir (Ucar, Zərdab, Hacıqabul) zonası üçün mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi
• Problemli borcalanlar ilə görüşlərin keçirilməsi
• Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb etmək
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək
• Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək.
Tələblər
• Ali təhsil
• Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi
• Kompüter bilikləri (ofis proqramları)
• Detallara qarşı diqqətli
• Təzyiqə davamlı
• Komandada işləmə bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Alınması nəzərdə tutulan və investisiya portfelində cari olan qiymətli kağızlar üzrə həmin şirkətlərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Həyata keçirilən təhlil üzrə İnvestisiya Komitəsinin müzakirələrində iştirak etmək;
• Qiymətli kağızlar bazarı üzrə mütəmadi bazar araşdırması aparmaq, müxtəlif sahələr üzrə “benchmarking”-lər və ssenari analizləri aparmaq;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
Tələblər
• Vətəndaş qüsursuzluğuna malik olma.
• Ali iqtisadi təhsil;
• Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
• Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
• Analitik düşüncə qabiliyyətinə malik olmaq;
• Qiymətli kağızlar bazarının təhlili ilə bağlı iş təcrübəsinə malik olmaq;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
İnzibati İdarəetmə Departamentinin Təchizat şöbəsinin mütəxəssisi
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Təchizat şöbəsinin mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Təchizat üzrə sənədləşmələrin düzgün və dəqiq yerinə yetirilməsi (hesabatlaırn təqdim edilməsi);
• Təchizat üzrə araşdırmaların (xüsusi ilə marketinq üzrə xidmətlər) aparılması;
• Sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət;
• Vendorlarla danışıqların aparılması;
• Sənədlərin Redimo sisteminə daxil edilməsi və izlənməsi.
Tələblər
• Ali təhsil;
• Ən azı 1 illik təchizat sahəsində iş təcrübəsi;
• Microsoft Office proqramlarından istifadə (istifadəçi səviyyəsində);
• İntizamlılıq;
• Stressə davamlılığ;
• Kollektivdə işləmək bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Təchizat şöbəsinin mütəxəssisi” qeyd etməklə hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək, vakansiyamıza müraciət edə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
• Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
• İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Tələblər
• Vətəndaş qüsursuzluğuna malik olma.
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il, Funksiya üzrə 1il
• Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
• Digər tələblər: Texniki –analitik biliklər
• Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
“Kapital Bank” ASC namizədləri “Data analitik ” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.
Tələblər:
• Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
• Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
• SQL üzrə biliklər;
• Python və ya R proqramlaşdırma dillər üzrə biliklər;
• Bank təcrübəsinin olması arzuolunandır;
• Komandada işləmək bacarığı.
Öhdəliklər:
• Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
• Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
• Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
• Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Xaçmaz və Tovuz filialları üzrə Kiçik əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Müştərilərə xidmət;
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər
• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Səlis Azərbaycan dili biliyi;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.