KOS (SME) kreditləri təhlili şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər:
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini bilmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Bakı, Abşeron,Sumqayıt filialları üzrə Mikrokreditlər bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
Kapital Bank namizədləri Bakı, Abşeron, Sumqayıt filialları üzrə Mikrokreditlər bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər
• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə minimal iş stajı 1 il
Öhdəliklər
• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Əgər təklifimiz sizə maraqlıdırsa hr.kapitalbank.az portalından qeydiyyatdan keçərək Bakı, Abşeron, Sumqayıt filialları üzrə Mikrokreditlər bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vakansiyasına müraciət edə bilərsiziniz.
Əgər qeydiyyatınız mövcuddursa aşağıdakı link vasitəsilə keçid edib birbaşa müraciət edə bilərsiniz.
https://hr.kapitalbank.az/vacancy/detail?vacancyId=1122