Kapital Bank
Kreditlərin ilkin təqibi departamentinin Ünvanda təqib şöbəsinin mütəxəssisi (Baki şəhəri üzrə)
Son tarix 14 iyn 2025 - Müraciət et
Rol haqqında
- Kreditlərin ilkin təqibi departamentinin ünvanda təqib şöbəsinin iş fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə, detallara qarşı diqqətli, analitik düşüncə qabiliyyətinə malik, eyni zamanda müştərilərlə effektiv ünsiyyət qurma bacarıqlarına sahib olan, komandada işləməyi sevən və məsuliyyətli namizədlər axtarırıq.
Öhdəliklər
- Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyatı, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
- Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyasının cəlb edilməsi.
Tələblər
- Danışıq qabiliyyətinin yüksək olmasına sahib olmaq;
- Kompüterdə işləmək bacarığına sahib olmaq;
- Problemli borcalanlarla əlaqə yaratmaq bacarığına sahib olmaq;
- Dəqiq olmaq;
- Ünsiyyət bacarığına sahib olmaq;
- Müsbət davranışa sahib olmaq;
- Təmkinli olmaq.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Namizədlər üçün sosial media bağlantıları
- Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.