Kapital Bank
Korporativ kredit risklərinin təhlili şöbəsi/Aparıcı mütəxəssis
Son tarix 18 apr 2025 - Müraciət et
Rol haqqında
Bu rolun əsas öhdəlikləri müştəri müraciətlərini idarə etmək, kreditləşmə prosesini analiz etmək və riskləri qiymətləndirməkdən ibarətdir. Bu vəzifə, həmçinin, şöbənin fəaliyyətini optimallaşdırmaq və inkişaf etdirmək üçün innovativ yanaşmalar təqdim etmək, komanda ilə birgə uğurlu nəticələr əldə etmək kimi həyəcanverici imkanlar yaradır.
Öhdəliklər
- Borcalanın maliyyə vəziyyətini qiymətləndirmək üçün müştəri müraciətləri (kredit və ya sənədli əməliyyat məhsulu) üzrə müştəriyə müvafiq sorğuların göndərilməsi;
- Müştəri sifarişinin analizi zamanı daxil olan məlumatların standardlara əsasən yığılması və emal edilməsi;
- Borcalana kredit və ya sənədli əməliyyat məhsulu verilməsi ilə bağlı risklərin müəyyən edilməsi üçün müştəri tərəfindən verilən hesabatların, müştəri tarixçəsinin və digər məlumatların qiymətləndirilməsi;
- Mənfəət və Zərər, Balans hesabatı və nağd pul axını üzrə göstəricilərin yoxlanması üçün mənfəət vergi bəyannamələrinin və digər maliyyə hesabatlarının qiymətlənləndirilməsi;
- Təhlil nəticəsində müştərinin ümumi maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi və yekun müvafiq rəylərin yazılması;
- Təhlil nəticəsində komitəyə çıxan keyslərə yazılan rəyə uyğun dəstək verilməsi;
- Müştərilərə müvafiq komitələrdə qoyulan şərtlərə nəzarət edilməsi və müvafiq addımların atılması.
Tələblər
- Ali təhsilə (Maliyyə/ İqtisadi);
- Maliyyə hesabatlarına dair müvafiq biliklərə;
- Araşdırma və analitik düşünmə bacarığına;
- Qərarvermə və kollektiv mühitdə işləmə bacarığına;
- Microsoft Office-də (əsasən Word və Excel) işləmək bacarığına;
- Təqdimatların hazırlanması bacarığına;
- Bu səhədə minimum 3 illik iş təcrübəsinə sahib olmaq.
- ACCA (xüsusən F3 və F7) və CFA sahəsində nailiyyətlər arzuolunandır.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Maraqlanan namizədlər Müraciət Et butonunda yerləşən link üzərindən müraciətlərini edə bilərlər.