Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı / baş mütəxəssisi
Son tarix 14 mar 2022
Öhdəliklər:
-
Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
-
Modellər üçün məlumatların əldə olunması və emal olunması;
-
Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
-
Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
-
Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
-
Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
-
Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
-
İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz