Kos satışlar şöbəsi üzrə Aparıcı /Baş mütəxəssis
Son tarix 12 yan 2022
Öhdəliklər:
-
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
-
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
-
Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
-
Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
-
SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
-
Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
-
Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
-
Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
-
Ali təhsil;
-
Maliyyə, iqtisadiyyat, bankçılıq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
-
Səlis Azərbaycan dili (Rus və/ və ya İngilis dili biliyi arzuolunandır);
-
Ünsiyyət və əlaqələr qurmaq qabiliyyəti;
-
Yüksək səviyyədə satış etmək bacarığı;
-
Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.