Lizinq üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer
Son tarix 02 dek 2021
Öhdəliklər:
-
Hüquqi şəxs və fərdi sahibkarlar üçün nəqliyyat vasitələrinin, avadanlıqların və s. əsas vəsaitlərin lizinqi məhsulu üzrə işin qurulması;
-
Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə bankın lizinq məhsullarına dair məlumatın verilməsi;
-
Müraciət ərizələrinin qəbulu, müştərilərin təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
-
Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
-
Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
-
Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
-
Portfelin keyfiyyətinə nəzarət edilməsi;
-
Lizinq məhsulu üzrə partnyorlarla işgüzar əməkdaşlığın qurulması və bu əlaqəlirin inkişafı edilməsi;
-
Müvafiq hesabatların hazırlanması.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
-
İşdə dəqiqlik və detallara fikir vermək;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı;
-
Müştərilərlə davranış etikası;
-
Korporativ dəyərlərə uyğun olmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.