Ümumi məlumat
Kapital Bank namizədləri Problemli kreditlərin ilkin təqibi Departamentinin İntensiv təqib şöbəsinin Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Problemli borcalanlar və onların zaminləri ilə əlaqə saxlamaq;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək;
- Problemli borcalanların kredit borclarını restrukturizasiya etmək;
- Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək;
- Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi;
- Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlı;
- Kompüter biliyi: MS Office proqramlarında işləməyi bacarığı;
- Komandada işləmək bacarığı .
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.