“Kapital Bank” ASC namizədləri “Məhsul sahibi” vakansiyasına müraciət etməklə “Agile” komandasının üzvü olmaqa dəvət edir!
Bizim üçün önəmli olan:
• Mürəkkəb problemləri həll etmək və yeni çıxış yolları axtarmaq. Bu səbəbdən bizim iş günümüz bəzən bir kvestə bənzəyir ki, bunun sayəsində hər birimiz daha sürətli böyüyə bilirik;
• Məhsulun inkişafına təsir etmək. Həmkarlarımızı dinləyir və məhsulun inkişafında ən yaxşı həll yollarını seçmək üçün onların təcrübə və fikirlərindən yararlanırıq;
• Problemlər barədə açıq danışmaq və yeni həll yolları təklif etməkdən çəkinməyin. Bu məqsədlə qarşılıqlı əlaqə və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdiririk.
Tələblər:
• Komanda üzvlərinin karyera inkişafını planlaşdırmaq və Bankın məhsuldarlıq, keyfiyyət, davamlı inkişaf və hədəfin həyata keçirilməsinə dair gözləntilərini qarşılamasına rəhbərlik etmək;
• Komandanın inkişafına cavabdeh olmaq və effektivliliyi idarə etmək;
• Məhsula dair strategiya, Vision və Roadmap formalaşdırmaq, həmçinin backlog-u idarə etmək və prioritetləri təyin etmək;
• Maliyyə, əməliyyat göstəriciləri və proseslərin təkmilləşdirilməsi daxil olmaqla, məhsulun tətbiqi nəticələrindən cavabdeh olmaq;
• Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
• Məhsulun tələblərə uyğunluğundan cavabdeh olmaq, tələbləri funksional rəhbərlər ilə əlaqələndirmək;
• Müştəri seqmentləri ilə işləmək;
• Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
• Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
• İnkişaf qrupu ilə birlikdə texniki həll yollarını müəyyənləşdirmək və proseslərin təkmilləşdirilməsi və inkişaf sürətinin optimallaşdırılması üçün fikirləri təbliğ etmək;
• Keyfiyyətli tədqiqatlar, A / B testlər həyata keçirmək və buraxılışları təhlil etmək.
Sizdən gözləntilərimiz:
• 3 ildən artıq məhsul sahibi və ya məhsul rəhbəri kimi iş təcrübəsi və ya ən azı 3 illik layihə rəhbəri vəzifəsində və ya məhsula dair məsuliyyəti öz üzərinizə götürməklə bağlı iş təcrübəsi hazırsınız;
• Məhsul yanaşmasını dərindən anlamaq və “Agile” dəyərlərinə malik olmaq;
• Məhsul komandasını idarə etmək təcrübəsinə sahib olmaq;
• Məhsul inkişafının texnoloji əsaslarını və məhsulların yaradılması haqqında prosesləri bilmək.
Sizə təkliflərimiz:
• Kapital Bankda karyera inkişafı;
• Sabit rəqabətli əmək haqqı;
• Tibbi sığorta;
• Şəxsi inkişafla bağlı müxtəlif təlimlər və imkanlar.
Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.