Improve Consulting
Rəqəmsal Marketinq Meneceri
Son tarix 21 dek 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;
- Müştəri məlumatlarının toplanılması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemlərini idarə etmək;
- Biznes, hədəf, bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
- Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;
- Bazar vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
- Bazarı və bazar tendensiyalarını araşdırmaq;
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirləri həyata keçirirmək;
- Məhsulun inkişaf strategiyasını hazırlamaq və təsdiq etmək;
- İşin nəticələrinə nəzarət və təhlil etmək;
- Foto/video çəkilişləri prosesinin təşkil və nəzarətini təmin etmək;
- Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- A/B testinq və bənzər alətlərdən istifadə edərək müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
- Marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanallarını müəyyən etmək;
- (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi;
- Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət;
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Korporativ görüşlərin keçirilməsində iştirak etmək;
- Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq etməyi bacarmaq;
- Müəsisələr üzrə qoyulan satış hədəflərini yerinə yetirmək.
Tələblər:
- Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
- Ənənəvi marketinq təcrübəsi;
- Rəqəmsal marketinq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi.
- Aiddiyyatı vəzifə üzrə (menecer) ən azı 2 il iş təcrübəsi
- Komanda ilə işləmə bacarığı;
- Biznes danışıqları aparmaq bacarığı;
- Facebook Ads manager, Google Display və Google ads istifadəsi üzrə peşəkar biliklər;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- İşgüzar ünsiyyət bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Detal yönümlülük;
- B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.
İş haqqında:
- İş qrafiki: Tam iş günü;
- Nahar şirkət tərəfindən təmin olunur;
- ARƏM uyğun işə qəbul;
Əmək haqqı: 1500-2000 AZN (Təcrübəyə görə dəyişir)
Tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini “Rəqəmsal marketinq üzrə menecer” başlığı ilə elektron poçtuna göndərə bilərlər.