Golden Pay
Database Administrator
Son tarix 13 noy 2023 - [email protected]
- Hesabat verir: Vəzifəsi üzrə departament müdiri və şöbə müdirinə.
- İş Qrafiki:1-5 günlər,09:00-18:00;Nahar fasiləsi 13:00-14:00
- Müqavilə müddəti:3 ay sınaq müddəti ilə 1 illik bağlanır.
- Əmək haqqı: Təcrübədən asılı olaraq 2000-3000
- İş yeri: Ünvan -Cəfər Cabbarlı küç, 609, “Globus Center” 12-ci mərtəbə, Bakı, Azərbaycan AZ1065
- Əlaqə nömrəsi: *0713
- Vebsayt: [email protected] / www.goldenpay.az
Əsas Vəzifə va Öhdəliklər:
- Verilənlər bazalarının monitorinq edilərək performans sazlanması (tuning) edilməsi;
- Verilənlərin keyfiyyət problemlərini müəyyən edilməsi və həll edilməsi;
- Verilənlər bazası idarəetmə sisteminin monitorinqi;
- Verilənlər bazası serverlərinə nəzarət edilməsi və optimallaşdırma;
- Məlumatları tez bir zamanda axtarılması və əldə edilməsinin tənzimlənməsi;
- Məlumatların effektiv şəkildə saxlanması, işlənməsi və idarə olunmasının təmin olunması;
- Strukturlaşdırılmış məlumat modelinin yaradılmasının təmin olunması;
- Sorğuları icra sürəti və müddətinin tənzimlənməsi;
- Məlumat bazasının yaradılması və müşayiəti;
- Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi;
- Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;
- DB istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;
- Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması;
- Ehtiyat nüsxələrin çıxarılması və bərpası;
- İstehsal mühitində test yeniliklərinin quraşdırılması;
- İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;
- Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;
- Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
- Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması;
- Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;
- SQL-sorğularının və prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması;
- Bazaya mütəmadi nəzarət edib qeyri-optimal sorğuların optimallaşdırılması təklifləri hazırlamaq;
- Bazaların dizaynı mərhələsində iştirak edib komanda ilə birlikdə optimal bazanın dizaynının qurulması.
Tələblər:
- Ali təhsil
- MSSQL, PostgreSQL
- NoSQL bazalar üzrə biliklər arzuolunandır
- Sahə üzrə minimum 1-3 il təcrübə
- Analitik düşüncə qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- Azərbaycan dili; ingilis dili biliyi arzuolunandır
Müraciətlər Ünvanlanmalıdır
- İnsan Resursları üzrə Menecer:Poladova Nərminə Ələnur qızı
- [email protected], [email protected]