Buta Supply
Baş mühasib
Son tarix 03 dek 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
 - Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
 - Bank təminatları üçün banka müraciətlərin hazırlanması
 - ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
 - Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
 - Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. hesablanması və ödənilməsinin təmin edilməsi
 - DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
 - İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
 - Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
 - Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
 - Maliyyə məlumatlarının təhlil olunması
 - Üzləşmə aktlarının hazırlanması
 - Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
 - Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
 - Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
 - Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
 
Namizədə olan tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi),,
 - PMS sertifikatı,
 - İş təcrübəsi: Sahə üzrə 5 ildən az olmayaraq iş stajı,
 - Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili üstünülükdür,
 - Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə (Xüsusilə EXCEL),
 - Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
 - 1C 8.3 ilə işləmək bacarığı,
 - Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-gov, e-customs və s.),
 
İş şəraiti
- Əmək haqqı: Razılaşma əsasında təyin ediləcək
 - İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00 və ya 08:00 – 17:00)
 
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







