BESTİNG MMC
Marketoloq
Son tarix 19 may 2025 - [email protected]
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək.
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarının idarə olunması.
- Brendin tanınması üçün strategiyalar qurmaq və icra etmək.
- Sosial media kanalları vasitəsilə marketinq fəaliyyətlərini genişləndirmək.
- Hədəf bazarının təhlil edilməsi və bazar araşdırmalarının aparılması.
İş şəraiti:
- İşə qəbul: Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq aparılır.
- İş saatı: Bazar ertəsi - Cümə, 09:00 - 18:00
- Həftədə 2 gün istirahət günü.
- Ünvan: Yasamal rayonu, Əhməd Cəmil küçəsi.
- Əmək haqqı: 1200 - 1500AZN.
Tələblər:
- Təcrübə: Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi.
- Strateji düşüncə: Güclü strateji planlaşdırma və analiz bacarıqları.
- Kreativlik: Yaradıcı kampaniyalar hazırlamaq və brendin fərqləndirilməsi üçün innovativ yanaşmalar tətbiq etmək.
- Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazı və danışıq bacarıqları
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.