Başak Group
Korporativ satış mütəxəssisi
Son tarix 05 iyn 2023 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil,
 - Korporativ satış üzrə minimum 2-3 il təcrübə (inşaat sektoru),
 - Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
 - Yüksək rus və ya ingilis dili biliyi,
 - Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
 - Danışıqlar aparma qabiliyyəti,
 - Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
 - Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq.
 
Vəzifə öhdəlikləri:
- Şirkət məhsullarının korporativ satışının təşkili,
 - Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi,
 - Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi,
 - Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı,
 - Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək.
 
İş qrafiki:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
 - Əməkhaqqı: 1000 AZN + Bonus (KPİ),
 - Nahar şirkət tərəfindən qarşılanır,
 - Korporativ nömrə,
 - Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
 
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







