Analitik (Problemli kreditlərin yığımı üzrə)
Son tarix 28 yan 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Problemli kredit portfelinin analizi və təhlili;
-
Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
-
Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
-
Hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
-
Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
-
Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
-
Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
-
Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 28 yan 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
-
Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
-
Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
-
Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
-
Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
-
Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
-
Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
-
Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
-
Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
-
Ali iqtisadi təhsil;
-
Əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır. Həmçinin bankdaxili digər sahələr üzrə çalışan şəxslərin namizədliyi də dəyərləndirilə bilər;
-
Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
-
MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
-
Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
-
Təşəbbüskarlıq və novatorluq;
-
Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Məlumat mərkəzi şöbəsinin mütəxəssisi
Son tarix 21 yan 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
-
Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
-
İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
-
Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
İş təcrübəsi: Bankın müştəri xidməti və ya məlumat mərkəzi üzrə iş təcrübəsi arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
-
Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
-
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
-
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Auditor
Son tarix 21 yan 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
-
Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
-
Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
-
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
-
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departament və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
-
Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
-
Əməliyyat proseslərinin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
-
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
-
Ali iqtisadi və ya hüquqi təhsil;
-
Bankda əməliyyat sahəsi üzrə minimum bir illik iş təcrübəsi;
-
Analitik düşünmə qabiliyyəti;
-
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
-
Excel proqramında işləmə bacarığı;
-
Ünsiyyət qurma bacarığı;
-
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
-
Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
-
Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Auditor” şəklində qeyd etməklə 21 yanvar 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.