PL/TMM şöbəsinin kiçik mütəxəssisi
Son tarix 19 noy 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
-
PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
-
PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
-
Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
-
Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
-
PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
-
Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
-
Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
-
Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
-
Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
-
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-
Məsuliyyətlilik;
-
Təşəbbüskarlıq və novatorluq;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
-
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
-
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis (DBA)
Son tarix 19 noy 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
-
Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (aidiyyatı sahə üzrə);
-
VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
-
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dilİ (əla);
-
TWCMS (Compass) sistem biliyi arzuolunandır;
-
PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
-
PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
-
Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
-
Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
-
Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
-
Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
-
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə mütəxəssis (DBA) qeyd edərək göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Proqram təminatı şöbəsinə mütəxəssis
Son tarix 19 noy 2021
Ümumi vəzifə öhdəlikləri:
- Sistem inzibatçılığı üzrə vəzifənin icrası;
- Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması, qurğularda yaranmış proqram və avadanlıq nasazlıqlarının aradan qaldırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Server tipli proqram təminatının quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
- Linux ƏS-ri (RHEL, Centos, Ubuntu);
- Microsoft Windows Server, Microsoft AD, GPO, DNS, DHCP, DFS;
- VMware və Nutanix AHV sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
- Ehtiyat sistemlərinin administrasiyası (Netbackup, BackupExec);
- LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
- Server avadanlığının təmiri və montajı;
- Passiv, aktiv şəbəkə və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
- Proqram təminatının işində va şəbəkədə nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
- Kəsintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (texniki səviyyə);
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis (Sistem admini)” qeyd edərək göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Web developer (PHP)
Son tarix 19 noy 2021
Ümumi vəzifə öhdəlikləri:
- Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
- İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
- Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
- Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
- Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
- PHP, JavaScript, HTML, CSS üzrə yüksək səviyyədə biliklər və iş təcrübəsi;
- Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL/PLSQL);
- Texniki-riyazi düşünmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Web developer (PHP) qeyd edərək göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.