Bank Respublika ASC
İşəqəbul üzrə baş mütəxəssis
Son tarix 13 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın strategiyası və əməliyyat planına uyğun olaraq İşəqəbul Planının formalaşdırılması və idarə edilməsi;
- İşəqəbul siyasəti və prosedurların nəzərdən keçirilməsi və yenilənməsi;
- Vakant vəzifələrə yüksək potensiallı namizədlərin cəlb edilməsi və işə qəbulunun təmin edilməsi;
- İşəqəbul prosesi çərçivəsində namizədlərin ilkin seçimi, testləşməsi və müsahibələrin təşkili;
- İşəqəbul sahəsi ilə bağlı həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;
- Təcrübə proqramlarının təşkili və idarə edilməsi;
- Əməkdaşların bankdaxili sahələr üzrə yerdəyişmələrinin idarə edilməsi;
- Yeni əməkdaşlar üçün adaptasiya proqramının (Onboarding) təşkili və həyata keçirilməsi;
- Yeni əməkdaşların sınaq müddətinin idarə edilməsi;
- Bankı potensial namizədlərə tanıtmaq məqsədilə əmək yarmarkarları və digər tədbirlərdə iştirak;
- İşəqəbul sahəsi ilə bağlı sorğuların cavablandırılması;
- Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası.
Namizədə qarşı mütləq tələblər:
- Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
- İnsan resurslarının işəqəbul istiqaməti üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
- İşəqəbul prosesi və prosedurları üzrə yüksək səviyyədə biliklər;
- Səriştə əsaslı müsahibə haqqında biliklər;
- Danışıqlar aparmaq bacarığı;
- Çoxfunksiyalılıq, problem həlletmə və qərar vermə bacarığı;
- İnandırmaq və təsir etmək bacarığı;
- Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.
Arzuolunan tələblər:
- SHRM və ya CİPD sertifikatı olanlara üstünlük veriləcəkdir;
- Bank sahəsində təcrübə arzuolunandır;
- Yüksək səviyyədə idarəetmə, planlama, icraçılıq qabiliyyəti;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində İşəqəbul üzrə baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.