Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 07 dek 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
-
Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
-
Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
-
Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
-
Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
-
Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
-
Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
-
Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
-
Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
-
Ali iqtisadi təhsil;
-
Əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır. Həmçinin bankdaxili digər sahələr üzrə çalışan şəxslərin namizədliyi də dəyərləndirilə bilər.
-
Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
-
MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
-
Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri yaxşı səviyyədə arzuolunandır.
-
Təşəbbüskarlıq və novatorluq;
-
Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Sizə nə təklif edirik?
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
-
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
-
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 7 dekabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.