“Bank Respublika” ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Mühafizə-yanğın siqnalizasiya sisteminin idarə edilməsi və inzibatçılığı;
• Keçid-nəzarət sisteminin idarə edilməsi və inzibatçılığı;
• Video-müşahidə sisteminin idarə edilməsi və inzibatçılığı;
• Digər fiziki təhlükəsizlik sistemlərinin idarə edilməsi və inzibatçılığı.
Namizədə qarşı tələblər:
• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
• Fiziki təhlükəsizlik sistemləri üzrə biliklər;
• Əməliyyat sistemləri üzrə biliklər;
• Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.