Bank Respublika ASC
İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis
Son tarix 06 yan 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankda katiblik işini təşkil etmək;
- İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
- İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
- Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
- Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvləri) görüşlərini təşkil etmək;
- Bankın rəhbər işçilərinin ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
- Bankın rəhbərliyinə beynəlxalq maliyyə institutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
- MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Nəticəyönümlülük;
- İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 yanvar 2023-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin ofisinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin İdarə Edilməsi Departamentində mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 06 yan 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
- Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
- Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 yanvar 2023-cü il tarixinədək email-in mövzu hissəsində Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.