Bank Respublika ASC
Monitorinq şöbəsinin mütəxəssisi
Son tarix 29 dek 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda kreditlərin monitorinqi istiqamətində minimum 1 il və ya biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis
Son tarix 29 dek 2022 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
- Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
- Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
- Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
- Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
- Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə sertifikatların olması üstünlükdür;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
- Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
- MS Excel, PowerPoint və Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
- Azərbaycan dili mükəmməl olmalıdır, Rus və İngilis dilləri arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər.
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit riskləri üzrə aparıcı/baş mütəxəssis/şöbə müdiri
Son tarix 29 dek 2022 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi, hesabatların hazırlanması;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsində iştirak etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Skorinq modellərinin hazırlanmasında, test və tətbiq edilməsində iştirak etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi (xüsusilə kredit riskləri) üzrə sertifikatların olması üstünlükdür;
- Kredit risklərinin idarə edilməsi üzrə minimum 1 il, o cümlədən Mərkəzi Bankın hesablama qaydası və İFRS9 standartı əsasında kreditlər üzrə ehtiyatların hesablanması üzrə təcrübə;
- Kredit komitələrində iştirak və biznes risklərin təhlili üzrə təcrübə;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Kredit riskləri üzrə aparıcı-baş mütəxəssis-şöbə müdiri qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.