Bank Respublika ASC
Qeyri-kredit sahəsi üzrə Auditor
Son tarix 23 iyn 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
- Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
- Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
- Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 iyun 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit sahəsi üzrə Auditor
Son tarix 23 iyn 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
- Kredit sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
- Kredit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 iyun 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Kredit sahəsi üzrə Auditor qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.