Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Şirvan)
Son tarix 19 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
-
Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
-
Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
-
Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
-
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-
Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
-
Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
-
Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
-
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Şirvan filialı) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara)
Son tarix 19 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
-
Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
-
Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
-
Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
-
Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Borcların yığılması və problemli müştərilərlə iş üzrə 3 il təcrübə;
-
Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
-
Dil bilikləri: Azərbaycan və rus dili əla;
-
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-
Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2022-ci il tarixinədək emailin mövzu hissəsində “Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara)” qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
PL/TMM şöbəsinin kiçik mütəxəssisi
Son tarix 19 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
-
PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
-
PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
-
Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
-
Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
-
PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
-
Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
-
Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
-
Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
-
Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
-
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-
Məsuliyyətlilik;
-
Təşəbbüskarlıq və novatorluq;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.