Korporativ bankçılıq üzrə mütəxəssis (Gəncə)
Son tarix 01 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-
Bankın korporativ müştərilərinə xidmət etmək;
-
Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-
Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-
Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan dili (əla);
-
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 mart 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Gəncə filialı) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis
Son tarix 01 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
- Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
- Bazar riskləri üzrə stress testlərin aparılması, riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
- Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Analitik təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 mart 2022-ci il tarixinədək emailin mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sabirabad)
Son tarix 01 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 mart 2022-ci il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sabirabad filialı) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.