Kassir (Sumqayıt)
Son tarix 06 may 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
-
Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
-
Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
-
Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
-
Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
-
Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
-
Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
-
Riyazi hesablama aparmaq qabiliyyəti;
-
Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
-
Yüksək ünsiyyət bacarığı;
-
Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Sumqayıt) qeyd etməklə 05 may 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.