Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə)
Son tarix 21 apr 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
-
Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
-
Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
-
Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
-
Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
-
Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
-
Yüksək səviyyədə satış etmək bacarığı;
-
Korporativ müştərilərlə işləmək bacarığı;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
-
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2022-ci il tarixinədək emailin mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə filialı) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.