SQL Developer
Son tarix 18 mar 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
-
Bankdaxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
-
Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
-
Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
-
Məlumat bazasının yaradılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sahəsi üzrə təcrübə arzuolunandır);
-
Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
-
Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PostgreSQL, MSSQL, MySQL);
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində SQL Developer qeyd etməklə 17 mart 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır