Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/baş mütəxəssis
Son tarix 01 mar 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
-
Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
-
Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
-
Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
-
Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
-
Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
-
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-
MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
-
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
-
Analitik təhliletmə qabiliyyəti;
-
Komandada işləmək bacarığı;
-
Operativlik, dəqiqlik və səliqəlilik;
-
Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2022-ci il tarixinədək email-in mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.