Bank Respublika ASC
Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis
Son tarix 18 fev 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
- İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
- Bankın ərazisində olan əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
- Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
- Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nəzarət.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Təcrübə: təhlükəsizlik xidməti və ya mühafizə orqanlarında təcrübə;
- Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 fevral 2022-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis
Son tarix 11 fev 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 fevral 2022-ci il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.