“Bank Respublika” ASC “Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Online müştəri müraciəti əsasında bankın mövcud məhsul və xidmətlərinin satışı;
• Online müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi;
• Online müraciətlərin aidiyyatı proqram təminatında qeydiyyatının aparılması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə 22 iyun 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.